"El-Klassiko"da "Real" güclü oldu

"El-Klassiko"da "Real" güclü oldu Bu gün İspaniya çempionatının 31-ci turu çərçivəsində "Barselona" "Real"ı qəbul edib.

Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab açılmayıb.

İkinci hissəyə meydan sahibləri fəal başlayıblar - 56-cı dəqiqədə Jerar Pikenin baş zərbəsi dəqiq olub. Lakin 8 dəqiqə sonra Kərim Benzema hesaba tarazlıq gətirib.

82-ci dəqiqədə Ronaldonun zərbəsi qapı çatından qayıdıb. 83-cü dəqiqədə Serxio Ramosun qırmızı vərəqə alması ilə "Real" azlıqda qalsa da, iki dəqiqə sonra Ronaldo istəyinə çatıb - 1:2.

Beləliklə, "Real" lider "Barselona" ilə xal fərqini 7-dək azaldıb.
Şərhlər
İdman bölməsinin xəbərləri