8 martda İrem Derici Bakıda konsert verdi

8 martda İrem Derici Bakıda konsert verdi Tural Vəlizadənin rəhbərlik etdiyi “Vəlizadə organization” tərəfindən təşkil edilən gecə “Elektra events hall”da baş tutub.


Aparıcılığını Lətafət Ələkbərovanın etdiyi tədbirdə səhnəyə ilk olaraq Rauf “-40 dərəcə” çıxıb.


Live.az-ın xəbərinə görə, İrem Derici konsertdə sevilən mahnılarını səsləndirib. Müğənni həm də tamaşaçılarla maraqlı söhbət edib, zarafatları ilə yadda qalıb.


O, Bakıya ikinci dəfədir gəldiyini vurğulayıb:


“Azərbaycana ikinci dəfədir gəlirəm. İlk dəfə qapalı bir məclisə qatılmışdım. Buranın insanlarını çox sevirəm. Bu gün 8 Mart qadınlar günüdür. Bütün xanımları bayram münasibətiylə təbrik edirəm”.


İrem gecədə türkiyəli müğənni Ajda Pekkana da sataşıb:


“İdeyalım Ajda Pekkandır. Yaşım çoxalsın, plastik əməliyyatlar etdirəcəm. Həftədə on dəfə botoksa gedəcəm”.


Derici türkiyəli həmkarı Mustafa Cecelinin salamlarını tamaşaçılara çatdırıb:


“Səhər Mustafa Ceceli ilə telefonla danışırdım. Azərbaycandan yeni getməsinə baxmayaraq, bura üçün çox darıxdığını dedi. Sizlərə onun salamlarını çatdırıram”.


Sənətçi gecədə “Nazəndə sevgilim” mahnısını səsləndirib. İ.Derici gecədə onun rəsmini çəkən pərəstişkarını səhnəyə dəvət edib, “Bu sevgi qarşısında baş əymək olar” deyərək, onun qarşısında baş əyib.


8 martda İrem Derici Bakıda konsert verdi
8 martda İrem Derici Bakıda konsert verdi
8 martda İrem Derici Bakıda konsert verdi
8 martda İrem Derici Bakıda konsert verdi
8 martda İrem Derici Bakıda konsert verdi


Günel Həsənova
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri