Şahrux Xan Bakıya gələcək

Azərbaycanda sevilən Bollivud ulduzu Şahrux Xan Bakıya gəlmək niyyətindədir. ANS-in məlumatına görə, aktyor bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib. Şahrux ona ünvanlanan “Niyə Azərbaycana gəlmirsiniz” sualına cavab verib. O, atası ilə bağlı xatirəsini bölüşüb:

“Mən dünyanı gəzmək fikrindəyəm. Ölkələr arasında Azərbaycan öndədir. Çünki əlifbada “A” birinci hərifdir. Odur ki, Azərbaycana mütləq gələcəm. Uşaqlıqdan atamla birlikdə “Atlas” oyununu oynamağı xoşlayırdım. Həmin oyundakı qələbəmdən biri də Azərbaycanla bağlı olub. Bu olkənin adını da oradan bilirəm. Azərbaycandakı sevənlərimə görə ora mütləq gələcəm”.

Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Şahrux Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 75-ə yaxın filmdə rol alıb.

O töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər o cümlədən 30 nominasiya içərisində olan 14 "Filmfare" mükafatı əldə edib. Şahrux Xan "Ən Yaxşı Aktyor" kateqoriyası üzrə 8 dəfə Filmfare mükafatına layiq görülüb.

2005-ci ildə isə Hindistan höküməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan "Padma Şri" mükafatına layiq görülüb. Şahrux Xan indi Hind kino tarixinin ən böyük və nüfuzlu aktyorlarından biridir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri