“Səs Azərbaycan” la bağlı qalmaqalı iddia

“Səs Azərbaycan”da ən çox tamaşaçı səsi toplayan Samirə Əfəndiyevanın qrup rəhbəri Tünzalə Ağayeva ilə səsləndirdiyi duet böyük maraqla qarşılanıb.

“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə ən çox paylaşılan duetin uğuru Samirənin Tünzalə Ağayevayla əvvəlcədən tanış olması ilə əlaqələndiriblər.

Qalmaqallı iddiaya görə, “Səs Azərbaycan” finalçısı uzun müddətdir Tünzalə Ağayevanın vokalisti olub.

Hətta, Samirə ilk dəfə səhnəyə çıxan zaman əməkdar artist onu tanıdığını elan etmişdi:

“Mən bu şirin qızı çoxdan tanıyıram, ancaq səsi məni çaşdırdı. Çönəndə ağzım açıq qaldı, tanıdığım insana rast gəldim”.

Layihənin münsifi, Samirə Əfəndiyevanın qrup rəhbəri Tünzalə Ağayevanın prodüseri məsələyə aydınlıq gətirib.

Yalçın Cabbarov bildirib ki, Samirənin Tünzalə Ağayevanın vokalisti olması iddia yox, faktdır:

“Bu iddia deyil, Samirənin Tünzalə Ağayevanın vokalisti olmağı faktdır. O, sonuncu dəfə Heydər Əliyev Mərkəzindəki konsertində volakist kimi çıxış edib. Samirə 3 vokalistdən biri olub. Samirə Tünzalə xanımın mahnılarının bek-vokalını edib. Ancaq son duetdə Flora xanımın mahnısını səsləndirib. Yəni, demək istəyirəm ki, bu mahnı Tünzalə Ağayevanın konsertində ifa edilməyib, sonra hazırlanıb”.

Xatıladaq ki, layihənin finalı isə martın 5-də baş tutacaq. Hüseyn Abdullayev, Samirə Əfəndiyeva, Səmra Rəhimli və Emiliya Yaqubova birincilik uğrunda mübarizə aparacaqlar.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri