"BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib

Londonun Kovent Qarden səmtində, Kral Operasıda (Royal Opera House) Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) " BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, rejissoru Alehandro Qonsales İnyüarritu olan lent "Ən yaxşı film", "Ən yaxşı kişi rolu", "Ən yaxşı rejissor" işi", "Ən yaxşı operator" və "Ən yaxşı səs" nominasiyalarında qalib gəlib.

"The Room" filmində baş rolda oynamış Bri Larson "Ən yaxşı qadın rolu" nominasiyasında qalib gəlib.

"Ən yaxşı film" nominasiyasında "The Revenant" rəqibsiz olub.

"Oskar" mükafatı laueratı Keyt Uinslet "Stiv Cobs" filmindəki roluna görə "İkinci planda ən yaxşı qadın rolu", Mark Rilens isə "Bridge Of Spies" filmindəki oyununa görə "İkinci planda ən yaxşı kişi rolu" mükafatını alıb.

İrland rejissor Con Kraulinin "Brooklyn" lenti "Ən möhtəşəm britan filmi" nominasiyasında qalib gəlib.

"Yeni parlayan ulduz" nominasiyasında mükafat "Ulduz savaşları: Gücün oyanışı" filmində "Finn" rolunu oynamış britaniyalı aktyor Con Boyeqaya verilib.

Rejissor Asif Kapadiyanın "Amy" lenti "Ən yaxşı sənədli film" sayılıb

BAFTA mükafatı ABŞ Kinoakademiyasının münsiflər heyətinin "Oskar"la bağlı səsverməsinin indikatoru sayılır.


"BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib
"BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib
"BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib
"BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib
"BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib
"BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib
"BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib
"BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib
"BAFTA Film Awards 2016" mükafatlarının təqdimat mərasimi keçirilib
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri