ABŞ-ın dövlət borcu 19 trilyon dolları ötüb

ABŞ federal hakimiyyətinin borcu rəsmi olaraq 19 trilyon dollar həddini ötüb.



APA xəbər verir ki, bu barədə "The Washington Times" nəşri yazır.



Nəşr yazır ki, bu rəqəm ümumi daxili məhsulun təxminən 103%-ni təşkil edir.



Ümumi məbləğin 13,7 trilyon dolları birbaşa olaraq şirkətlərin və fərdi şəxslərin saxladığı ictimai borcdur. Daha 5,3 trilyon dollar isə hökumətin Federal Ehtiyatlar Sistemi qarşısında olan daxili borcudur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri