"NBC Bank": Lisenziyamız bərpa olunub

"NBC Bank": Lisenziyamız bərpa olunubAzərbaycan Mərkəzi Bankının (AMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunur.



Bu barədə bankın rəsmi Facebook səhifəsində yayılan xəbərdə deyilir.



"NBC Bank" ASC-nin lisenziyası bərpa olunur. Bu münasibətlə bütün müştərilərimizi təbrik edirik. 03.02.2016-cı il tarixindən "NBC Bank" ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaqdır", - deyə məlumatda bildirilir.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri