Nazir: “Şahdəniz 2” mərhələsində işlərin 50%-dən çox hissəsi görülüb

Azərbaycanda “Şahdəniz 2” mərhələsində işlərin 50%-dən çox hissəsi görülüb.



Bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev bildirib.



Nazir Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirlərinin Məşvərət Şurası ilə bağlı danışarkən deyib ki, son bir ildə Cənubi Qafqaz Boru Kəməri üzrə boruların 20%-i artıq inşa edilib: “Gürcüstanda kompressor stansiyalarının quraşdırılmasına başlanılıb. İşlər qrafikdən daha sürətlə gedir”.



Nazir vurğulayıb ki, TANAP layihəsi üzrə işlərin çox hissəsi görülüb: “Boruların gətirilməsi başa çatıb. Hər üç lot üzrə boruların qaynağına başlanılıb. Trans-Adriatik Qaz Boru Kəməri üzrə (TAP) üzrə də hökumətlərlə sənədlər imzalanıb. Düzdür, bəzi lokal problemlər yaranmışdı. Amma onlar da həll edilir. Bizə önəmli olan ətraf mühitə təsirlə bağlı sənəd idi ki, o da artıq imzalanıb”.



N. Əliyev deyib ki, Məşvərət Şurasının iclasında bütün tərəflər gələcəkdə yarana biləcək hər hansı problemlərin aradan qaldırılmasını müzakirə edəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri