DİN Ağdaşdakı dəhşətli qəza barədə məlumat yaydı: 5 ölü, 7 yaralı

Daxili İşlər Nazirliyi (DİN) Ağdaş rayonunda baş vermiş dəhşətli yol qəzası barədə məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi “Dodge”, Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Hüseynov və sərnişinləri - Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İ.Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölüb, özü və 4 sərnişini, eləcə də N.Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri