Dünya Bankı: Azərbaycan hökumətinə zəruri dəstək verməyə hazırıq

Dünya Bankı: Azərbaycan hökumətinə zəruri dəstək verməyə hazırıq Dünya Bankı (DB) və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzun müddətli tədbirlər dəstini müzakirə edir.


Bu barədə DB-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir.


"Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi, Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır", - deyə məlumatda bildirilir.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri