Sumqayıtda üstündən avtobus keçən qız öldü (VİDEO)

Sumqayıt şəhərində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Məlumata görə, Babək prospektindəki marketlərdən birinin qarşısında sərnişin avtobusu yolu qaçaraq keçməyə çalışan qızı vuraraq üstündən keçib.

Oxucuların Avtosfer.az-a göndərdiyi videodan da məlum olur ki, qız anası ilə yolu keçməyə çalışır. Lakin o, anasından ayrılaraq qəflətən yolu qaçaraq keçmək istəyir.

Yolu keçərkən qız ancaq sola baxır. Bu zaman sağdan gələn avtobus onu vuraraq üstündən keçir. Piyada aldığı ağır xəsarətlərdən yerindəcə keçinib. Qızın ölüm anı və ananın fəryadı sadəcə, dəhşətdir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Hadisə bölməsinin xəbərləri