Azərbaycanlı modelyerimiz Şervin Nəcəfpur Avropada yeni "Heroine" kolleksiyasını təqdim edib

Norveçdə yaşayan əslən azərbaycanlı modelyerimiz Şervin Nəcəfpur Avropada 2016-cı ilin yeni "Heroine" kolleksiyasını foto və video sessiya ilə təqdim edib.



2016-cı ilin yeni kolleksiyası üçün azərbaycanlı modelyerin geyimlərini Norveçin ən prestijli "Valkyrje" model ajansının modeli və eyni zamanda rəqs xoreoqrafı Nathalie Katralen təqdim edib. Modelyerin hazırladığı yeni kolleksiya dəridən və italyan kreptən ibarətdir, həmin fotosesiyada son vaxtlarda Avropada çox populyar olan tülkü kürkü də yer alıb. Layihənin fotoları Norveçin çoxsaylı beynəlxalq mükafatlarının sahibi qrafik- dizayneri Edmond Yang tərəfindən , promo videoları isə A Man Film şirkəti tərəfindən çəkilib. Hazırda promo videolar İsveçdən yayımlanan EuroAZ TV kanalında yayımlanır.


Qeyd edək ki, hazırda Norveçdə Beynəlxalq Marketinq özəl univeristənin tələbəsi olan Şervin, 2014 ildə Azərbaycanda "Atropatena" adlı ilk moda nümayişini “ADDIM” Gənclər Təşkilatı tərəfindən Bakıda həyata keçirib. 2015-ci ildə Miss Norveç yarışmasının iştirakçı və qaliblərini geyindirən və çoxsayılı projelərə imza atan Şervin, Norveçin populyar brendi və gənc modelyeri sayılır.


Yeni "Heroine" kolleksiyası ilə bağlı modelyer açıqlamasında bunları söyləyib; " Mənim tərzim bir neçə stildən ibarətdir, ancaq dizaynlarımı artıq Norveçin moda sevənləri yaxından tanıyır. Sən o "Əlbisə dizayner qızısan" deyə mənə səslənirlər, xüsusilə Norveçin məşurları. Gəyimlərimi və tərzimi artıq tanıyırlar, qala gecələrində, və Norveç gözəlləri geyimlərimini gəyindirəndə, “Shervin Najafpour” deyirlər və dəri detaylı geyimlərim çox populyar olduğu üçün istədim müştəri kütləmə süpriz edim. Ona görə 2016-cı ilə girişimizə yeni bir kolleksiya hazırldam və aldığımız pozitiv diqqət bizi çox sevindirir!"



Azərbaycanlı modelyerimiz Şervin Nəcəfpur Avropada yeni "Heroine" kolleksiyasını təqdim edib
Azərbaycanlı modelyerimiz Şervin Nəcəfpur Avropada yeni "Heroine" kolleksiyasını təqdim edib
Azərbaycanlı modelyerimiz Şervin Nəcəfpur Avropada yeni "Heroine" kolleksiyasını təqdim edib
Azərbaycanlı modelyerimiz Şervin Nəcəfpur Avropada yeni "Heroine" kolleksiyasını təqdim edib
Azərbaycanlı modelyerimiz Şervin Nəcəfpur Avropada yeni "Heroine" kolleksiyasını təqdim edib
Azərbaycanlı modelyerimiz Şervin Nəcəfpur Avropada yeni "Heroine" kolleksiyasını təqdim edib
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri