“Beyaz Show” yarımçıq kəsildi

Ötən gün “Kanal D”də təqdim olunan “Beyaz Show” yarıda kəsilib.


Şoumen Bəyazit Öztürk canlı yayımda qonaqları ilə söhbət edən zaman zalda əyləşən tamaçıların bir qismi “Ayşə müəllimə tək deyil” şüarları səsləndirib.


Baş verənlərə görə Bəyaz 30-cu dəqiqədə verilişi yarıda kəsmək məcburiyyətində qalıb.


Qeyd edək ki, “Beyaz Show”ya canlı telefon bağlantısı ilə qoşulan və özünü “Aişə müəllimə” kimi təqdim edən qadın ölkənin cənub-şərqində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda uşaqların öldürüldüyünü bildirib. Bəyaz və zalda proqramı izləyən tamaşaçılar isə qadını alqışlayıb.




Oxu.Az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri