Məşhurlar üsyan etdi - “Söyüşlə təhqir edirlər...”

Məşhurlar üsyan etdi - “Söyüşlə təhqir edirlər...” Azərbaycanlı məşhurlar sosial şəbəkələrdə onlara yazılan təhqirlərə münasibət bildiriblər.

Live.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “ATV maqazin onlarla” verilişinin sorğusuna cavab verən tanınmış simalar məsələylə bağlı öz etirazlarını bildiriblər.

Müğənni Günay İbrahimli: “Tanınmış simalar sosial şəbəkələrdə yazılan təhqirlərdən əziyyət çəkirlər. Biri var tənqid, biri də var ki, söyüşlə təhqir. Söyüşlə təhqir edirlər. Çox istərdim ki, hansısa bir orqan yaradılsın, bu işlə məşğul olsun”.

Aparıcı Afaq Gəncəli: “ Bəsdirin də... İnsana tanımaya-tanımaya nə qədər şər-böhtan atmaq olar. Oturmuşuq evimizdə. Yazmaya başlayırlar ki, filan yerdə oturmusan, restoranda yemək yeyisən. Amma evdə oturub televizora baxıram. Telefonun arxasında şirə dönənlər bilmirlər ki, onları kimsə tapıb cəzalarını verəcəklər”.

Nura Suri: “Tanımadığın insana nifrət bəsləmək paxıllıq əlamətidir. Bir insan bilmədiyini danışırsa, bu böhtandır. Bildiyini oturub kimlə müzakirə edirsə, bu qeybətdir. Hər ikisi böyük günahlardan biridir”.

Aparıcı İlkin Həsəni: “Qızılgül şəkli paylaşsan belə oradan mənfi şey tapıb rəy bildirəcəklər. Yazacaqlar ki, bunun tikanları da var. Onların düşüncələri dardır, özlərində güvən olmayan şəxslərdir".

Rəqqasə Fatimə Fətəliyeva: “ Yazırlar ki, nə gündəsən. Hansı gününə sevinirsən? Bunun sponsoru uşağının atası kimdi? Sizin nəyinizə lazımdı?”

Əməkdar artist Abbas Bağırov: “Mədəniyyətsiz, tərbiyəsi və şəxsiyyəti olmayan insanlardı. Bunların qarşısı alınmalıdır”.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri