Xatirə İslam İnstaqramdakı qalmaqallı şərhindən danışdı

Xatirə İslam İnstaqramdakı qalmaqallı şərhindən danışdı “Səviyyəsizlər, qaraçılar...”.

Müğənni Xatirə İslamın bir müddət əvvəl İnstaqramda bahalaşma ilə bağlı izləyicilərini təhqir etməsi ətrafında yaranan söz-söhbət səngimək bilmir.

Oxu.Az xəbər verir ki, o, sözügedən paylaşımda “Buradakı bəzi səviyyəsizlər, sözlərinizə fikir verin. Sizi tapıb ortadan cıraram. Sizin ağlınız yoxdur. Ay “tupoy”lar, dollar qalxan kimi marketlərə doluşduz. Sizin o hərəkətlərinizi görüb qiyməti qaldırdılar. Qaraçılar, hər şeyi özünüz etdiz” cümlələri ilə sərt tənqidi fikir bildirmişdi.


Xatirə İslam İnstaqramdakı qalmaqallı şərhindən danışdı



Həmin paylaşımı 20 gün əvvəl yazıb və sonra sildiyini bildirən ifaçı bu gün İnstaqramda məsələ ilə bağlı yenidən paylaşım edib.

Müğənni bilidirb ki, sosial problemlər artanda insanlar sənətçilərə qarşı aqressivləşirlər.

O, sözlərinə “yaşlandıqca kasıblaşan, xəsətələnəndə dərman almağa pul tapmayan incəsənət xadimləri gözünüzün qarşısında deyilmi? Hansı biriniz incəsənət adamının qapısını döyüb demisiniz ki, al bu 150 manatı bayramlıq elə” kimi ifadələrlə onu qınayanların cavabını verib.

Xatirə İslam İnstaqramdakı qalmaqallı şərhindən danışdı
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri