Aynişan “O səs Türkiyə” yarışını tərk etdi

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "O səs Türkiyə" yarışını tərk edib.

Live.az-ın ans-ə istinadən məlumatına görə, bu barədə Aynişan "İnstagram" hesabında bildirib.

Sənətçinin qızı bu yarışda iştirakını həyatında yaşadığı ən gözəl anılardan biri olduğunu qeyd edib. Aynişan Quliyeva həmçinin "O səs Türkiyə" yarışmasında Azərbaycanı bacardığı gədər gözəl təmsil etməyə çalışdığını və bunun üçün zəhmətini əsirgəmədiyini vurğulayıb.

“Murat Bozun Azərbaycan dilində mənimlə birgə ifasi həyatımın sonuna gədər unutmayacağım bir andır”, - deyə Aynişan yazıb. “Mənim sevdiklərim məni dəstəkləyən bütün insanlar hər birinizə ayrı ayrılıqda çox təşəkkür edirəm! Sizin dəstəyinizə ehtiyac duyan diğər yarışmacılarımız var, gəlin onlara hər tərəfli dəstək olaq”,- deyə gənc ifaçı vurğulayıb.

Aynişan müsabiqədə “Gəl ey səhər” adlı Azərbaycan mahnısını oxuyub. O, ifası ilə bütün münsiflərin rəğbətini qazanıb. Əməkdar artistin qızı daha sonra tanınmış müğənni Murad Bozla “Gəl ey səhər” adlı bəstəni ifa edib. Quliyeva 4 münsif arasından Murad Bozu seçib.

Aynişan “O səs Türkiyə” yarışını tərk etdi


Aynişan “O səs Türkiyə” yarışını tərk etdi


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri