"Səs Azərbaycan"da "Döyüşlər" başlayıb

"Səs Azərbaycan"da "Döyüşlər" başlayıb Məşhur "Voice" yarışmasının yerli variantı olan "Səs Azərbaycan"da növbəti mərhələ başlayıb.


Yeni ilin ilk günündə AzTV-nin efirində yayımlanan buraxılışda yarışmaçılar "Döyüşlər" üçün səhnəyə çıxıblar.


Bu mərhələdə Manananın komandasında çıxış edən Yarina Tkaçova və Nərmin Behbudovanın duet ifası həm münsifləri, həm də tamaşaçıları heyrətləndirib.


Sonda çətin seçim qarşısında qalan Manana Nərminin komandada iştirakını davam etdirməsi qərarını verib.


Qeyd edək ki, bu mövsümdən etibarən yayımlanmağa başlayan "Səs Azərbaycan"ın münsiflər kürsüsündə xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Manana və Tünzalə Ağayeva oturub.

















Şərhlər
Şou-biznes bölməsinin xəbərləri