Samux sakininin evində yanmış meyiti tapılıb

Samux sakininin evində yanmış meyiti tapılıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Samuxda 62 yaşlı qadının yaşadığı mənzildə meyiti tapılıb. Qarətçilər əvvəlcə qadının əl-qolunu bağlayıb, sonra isə başını kəsərək mənzili yandırıblar.

Bu gün axşam saatlarında Samux şəhərində Lütviyə İsmayılovanın yaşadığı mənzildə yanğın hadisəsi baş verib. Alovu görən qonşular dərhal hadisə yerinə Samux Dövlət Yanğından Mühafizə Hissəsinin briqadasını çağırıblar. Hadisə yerinə cəlb olunan 2 yanğınsöndürmə briqadası alovun ətraf ərazilərə yayılmasının qarşısını ala bilib. Bundan sonra mənzildən ev sahibi 62 yaşlı L.İsmayılovanın əl-qolu bağlı vəziyyətdə yanmış meyiti tapılıb. Dərhal hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları da cəlb edilib. Zəruri istintaq araşdırmaları aparılıb. L.İsmayılovanın yaxınları onu xeyirxah insan kimi xarakterizə edib və heç kimlə ədavəti olmadıqlarını bildiriblər.

L.İsmayılova mənzildə məktəbli nəvəsi ilə tək yaşayırmış. Hadisə vaxtı nəvəsi məşğələdə olub.

Faktla bağlı Samux rayon prokurorluğunda cinayət işi başlanıb. İlkin versiyalara görə, cinayət qarət məqsədilə törədilib. Hazırda hadisənin kim, yaxud kimlər tərəfindən törədildiyi araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri