"BakuBus" "wi-fi" şəbəkəsinin qurulmasını yubadır

"BakuBus" MMC daxili əhatə dairəsini təkmilləşdirmək və bütün əsas inzibati, yaşayış, kommersiya və satış obyektlərində keyfiyyətli və əhatəli İBS və "w-fi" şəbəkəsinin qurulması barədə keçirdiyi tenderi ləğv edib.



APA-ya MMC-nin yaydığı məlumata istinadən xəbər verir ki, tenderin keçirilməsi barədə elan oktyabr ayının 3-də verilib.



Bu addımın atılmasına səbəb kimi tender təklifi vermiş iddiaçıların sayının 3-dən az olması göstərilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri