Goranboyda qohumlar arasında qanlı olay

Goranboyda bıçaqlama hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün axşam saatlarında Goranboy rayonunun Bağçakürd kəndində bıçaqlama hadisəsi baş verib. Kənd sakini 34 yaşlı Rauf Məhərrəmov çoxsaylı bıçaq zərbələri alıb. Yaralı dərhal Gəncə şəhər TTYX-a gətirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Xəstənin yaxınlarının bildirdiyinə görə, Rauf Məhərrəmovu bibisi oğlu bıçaqlayıb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri