Bakıda 21 yaşlı oğlanı dayısı qətlə yetirib

Bakıda qətl törədilib.

Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dekabrın 13-də Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vahid Novruzov aralarında yaranmış münaqişə zəminində bacısı oğlu, 21 yaşlı Zauru bıçaqlayaraq öldürüb.

Hadisəni törədən V. Novruzov saxlanılıb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri