Brent neftinin qiyməti 2008-ci ildən bəri ilk dəfə 38 dollardan aşağı düşüb

Brent neftinin qiyməti 2008-ci ildən bəri ilk dəfə 38 dollardan aşağı düşübNyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,14 dollar azalaraq 35,62 dollar təşkil edib.



APA-nin məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,80 dollar azalaraq 37,93 dollar olub.



Qeyd edək ki, 2008-ci ilin dekabrından etibarən ilk dəfədir ki, Brent neftinin qiyməti 38 dollardan aşağı düşüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri