Aygün Kazımova Yeni ili türkiyəli müğənni ilə keçirəcək

Aygün Kazımova Yeni ili türkiyəli müğənni ilə keçirəcək Xalq artisti həmin gecəyə xüsusi hazırlaşır.

Azərbaycanın xalq artisti Aygün Kazımova 31 dekabr, Yeni il gecəsini türkiyəli müğənni Çelik ilə birlikdə qeyd edəcək.

Live.az xəbər verir ki, paytaxtın elit məkanlarından birində baş tutacaq Yeni il şousunda səhnəmizin divası həmin günə xüsusi hazırlaşdığını bildirib:

“Hər çıxışım bir şoudur. Mənim üçün səhnə müqəddəs məkandır. Yeni il gecəsi çıxacağım tədbirə xüsusi olaraq hazırlaşıram. Eksklüziv səhnə kostyumum hazırlanır. Həmin libasın üzərində bir neçə modelyer işləyir. Gecəyə uyğun olaraq xüsusi makiyaj olunacağam. Bundan əlavə yeni mahnılarım var, Türkiyədə hazırlanıb. Hələ heç yerdə səslənməyib. Məhz sevənlərim həmin mahnılarımı Yeni il gecəsi eksklüziv olaraq dinləyəcək”.

Türkiyə mətbuatında Balkanların divası olaraq təqdim olunan Aygün Kazımova 31 dekabrı bir neçə məkanda olsa da, gecə 12 tamamı Çelik ilə eyni səhnədə bölüşəcəyini əlavə edib.

Qeyd edək ki, Çelik və Aygün Kazımovanın konsertinin təşkilatçısı Nahid Emiloğlu, aparıcısı isə Zaur Nəbioğlu olacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri