Naxçıvanda qətl törədilib

Naxçıvanda qətl törədilib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 8-də Babək rayonunda qeydə alınıb. Rayonun Nəzərabad kəndində yaşayan Kamil Orucovun bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb.



Babək Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri