Külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. DSX mətbuat mərkəzindən APA-ya bildirilib ki, külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dekabr ayının 5-də Qusar rayonun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına gətirilməsi üçün dövlət sərhədində kolluq ərazidə gizlədilmiş 4 bağlamada 2050 qutu “Marlboro”, 740 qutu “Richmond”, 2010 qutu “Parlament” və 200 qutu “Kent” markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri