"Qazprom": Heç kim "Türk axını" layihəsinin gələcəyi barədə suala cavab verə bilmir

"Hazırda heç kim "Türk axını" təbii qaz kəməri layihəsinin gələcəyi barədə suala cavab verə bilmir".



APA-nın verdiyi məlumata görə, bunu Rusiyanın "Qazprom" Şirkətinin İdarə Heyətinin sədr müavini Valeri Qolubev bildirib.



"Ümid edirəm ki, ağıllı məntiq qalib gələcək. Türkiyə və Avropadan olan tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətimiz normallaşacaq", - deyə "Qazprom" rəsmisi qeyd edib.



Qeyd edək ki, dekabrın 3-də Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını”nın reallaşdırılması ilə bağlı Türkiyə və Rusiya arasında hökumətlərarası danışıqların dayandırıldığını söyləyib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri