Bakıda 14 maşına hücum oldu

Bakıda gecə saatlarında 14 maşına hücum edilib.

Live.Az ANS-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Həsən bəy Zərdabi prospektində baş verib.

Avtomobillərin saxlanıldığı dayanacağa hücum edən şəxs və ya şəxslər qarət məqsədi ilə onların şüşələrini sındırıblar.

Lakin 2 avtomobildən 1 ətir və mobil telefon aparılıb.

Məlumata görə, adıçəkilən prospektdəki dayanacaqda saat 21:00-a kimi mühafizə olur. Hadisə isə gecə saatlarında baş verdiyi üçün bunu törədənləri görmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri