“Günəşli” yatağında baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılıb

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 3-nün cəsədi tapılıb.



Bu barədə APA-ya "Azneft" İstehsalat Birliyindən məlumat verilib.



Tapılan şəxslərin kimliyi barədə hələlik məlumat verilmir.



Bununla bağlı detallı açıqlama saat 16:00-da keçirilən brifinqdə veriləcək.



Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında isə bildirilir ki, bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.



Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir.



Əlavə məlumat veriləcək.​
Şərhlər
Hadisə bölməsinin xəbərləri