“Azpetrol”a yeni baş direktor təyin olunub

“Azpetrol” LTD” MMC-nin baş direktoru vəzifəsinə yeni təyinat olub.



Şirkətdən APA-ya verilən məlumata görə, bu vəzifəyə Ceyhun Məmmədov təyin edilib.



Ceyhun Məmmədov 1999-cu ildən "Azpetrol" şirkətində müxtəlif vəzifələrdə çalışır.



Baş direktor vəzifəsinə təyin olunmazdan öncə o, şirkətin Əməliyyat Departamentinin rəhbəri olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri