Bərdədə qaz balonunun partlaması nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb

Bərdə rayonunun Uğurbəyli kəndində qaz balonunun partlaması nəticəsində ölən və yaralananlar var.

APA-nın verdiyi xəbərə görə, kənd sakini Əli Məmmədovun evində məişətdə işlənən qaz balonunun partlaması nəticəsində ailə üzvlərindən iki nəfər ölüb, üç nəfər yaralanıb.

Yaralılar yanıq xəsarəti ilə Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Onların vəziyyətinin ağır olduğu bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri