OPEC sutkalıq neft hasilatının kvotasını 1,5 milyon barel artırıb

OPEC sutkalıq neft hasilatının kvotasını 1,5 milyon barel artırıb OPEC-in iclasında sutkalıq neft hasilatının 1,5 milyon barel artırılması haqqında qərar qəbul edilib.

APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bununla da sutkalıq kvota 31,5 milyon barelə çatdırılıb.

Artırılan limitə İndoneziyanın neft hasilatı daxil edilməyib.

OPEC-in bu qərarından sonra Londonun LSE birjasında neftin bir barelinin qiyməti 1,5 dollar aşağı düşüb. Belə ki, “Brent” markalı neftin bareli 43 dollara satılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri