Xəzərdə suyun səviyyəsi azalır: Gəmilər limanlara yaxınlaşa bilməyəcək

Son 10 ildə Xəzər dənizində suyun səviyyəsi 1,2 metr azalıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasi Coğrafiya İnstututunun direktoru Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, son 7-8 il ərzində Xəzər dənizinin suyunun azalması prosesi davamlı olaraq müşahidə edilir.

R.Məmmədov bildirib ki, azalma dənizə axan Volqa çayının suyunun azalması səbəbindən baş verir. Azalmanın hansı müddətədək davam edəcəyi barədə isə dəqiq proqnoz vermək mümkün deyil.

İnstitut direktoru əlavə edib ki, dəniz suyunun səviyyəsinin azalması sahildəki hidrotexniki qurğuların, limanların fəaliyyəti üçün problem yaradacaq:

“Məsələn, gəmilərin limanlara yan alması, onlar üçün düzəldilmiş hidrotexniki qurğulara yaxınlaşması çətinləşəcək. Bu problem özünü yaxın müddətdə də göstərə bilər”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri