“Texnikabank”ın Müşahidə Şurasının tərkibi açıqlanıb

Bu gün “Texnikabank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.


Bankdan APA-ya verilən məlumata görə, iclasda qəbul olunan qərara əsasən, Müşahidə Şurasının tərkibi 3 nəfərdən 5 nəfərə yüksəldilib. Yeni üzvlər Yelmar İskəndərov və Allahverdi Dəmirovdur.



Xatırladaq ki, “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevdir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri