Azərbaycanda torpaq üçün kateqoriyalara görə müvəqqəti istifadə müddəti müəyyən ediləcək

Azərbaycanda torpaqdan müvəqqəti istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddət dəyişdirilir.



APA-nın məlumatına görə, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik bu gün Milli Məclisin Aqrar siyasət komitəsində müzakirəyə çıxarılıb.



Hazırda qüvvədə olan qanuna görə torpaqdan müvəqqəti istifadə qısamüddətli 15 ilədək, uzunmüddətli 15 ildən 99 ilədək müəyyən olunub.



Dəyişikliyə əsasən, torpaqlar kateqoriyalara bölünüb və hər bir kateqoriya üçün müddətlər müəyyən edilir. Təklifə əsasən, torpaqdan qısamüddətli müvəqqəti istifadə 15 ilədək, uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün 15 ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə 15 ildən 49 ilədək müəyyən oluna bilər.



Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri