Azərbaycanda vətəndaşların yarım milyon manata yaxın pulunu mənimsəyən şəxs beynəlxalq axtarışa verilib

Azərbaycan hüquq-mühafizə orqanları külli miqdarda dələduzluq edən şəxs barəsində beynəlxalq axtarış elan edib.



APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.



Məlumatda qeyd olunur ki, 38 yaşlı Rəvan Əliyev dələduzluqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.



APA-nın əldə etdiyi məlumata görə, R. Əliyev vətəndaşların 440 min manat məbləğində pulunu mənimsəyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri