Bakıda 40 yaşlı kişi naməlum şəxslər tərəfindən amansızcasına döyülüb

Ötən gecə Bakının Yasamal rayonunda 40 yaşlı kişi iki nəfər tərəfindən amansızcasına döyülüb. APA-nın məlumatına görə, rayonun Akim Abbasov küçəsində 40 yaşlı Zöhrab Abduləhəd oğlu Abıyevlə iki nəfər şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxslər Zöhrab Abıyevə çoxsaylı bədən xəsarətləri yetiriblər. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə barədə Yasamal rayon Polis İdarəsinə məlumat verilib. Polislə söhbət zamanı Zöhrab Abıyev onu döyən şəxslərin adlarını bilməsə də üzdən tanıdığını deyib.

Faktla əlaqədar araşdırmalara başlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri