Emin Leyla Əliyevanın qızı ilə (FOTO)

Rusiyada yaşayan azərbaycanlı müğənni, iş adamı Emin Ağalarov “İnstagram”da övladları ilə birlikdə şəklini paylaşıb.

ANS-in məlumatına görə, Eminin yanında oğulları Əli və Mikayıl, həmçinin keçmiş həyat yoldaşı Leyla Əliyevanın övladlığa götürdüyü balaca Əminə olub. Uşaq velosipedinin (samokatın) üzərində dayanmış Emin Ağalarov balaca Əminənin əllərindən tutub.

İyul ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürüb.

Leyla Əliyeva noyabrın ortalarında sosial şəbəkədə övladlarının yeni fotosunu paylaşıb. Onun adına olan "İnstagram" səhifəsində paylaşılan fotoda Leyla Əliyevanın əkiz oğlanları Əli və Mİkayılla yanaşı Əminə də var.

Emin Leyla Əliyevanın qızı ilə (FOTO)


Emin Leyla Əliyevanın qızı ilə (FOTO)
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri