Dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 28%-ə yaxın azalıb

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-oktyabr aylarında 14,2 mln. ton yük və 1,5 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,2% və 27,5% azalma müşahidə olunub.

Bundan başqa, orta hesabla sutkada 446 vaqon yüklənib, 449 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,3 min ton, Qərb istiqaməti üzrə 5,1 min ton, Cənub istiqaməti üzrə isə 2,2 min ton yüklənmə işi yerinə yetirilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri