Nazir müavini: “Şou-biznes nümayəndələrinin vergiyə cəlb edilməsi üçün ictimaiyyətin dəstəyinə ehtiyac var”

Vergilər Nazirliyinin şou-biznes nümayəndələrini tam şəkildə vergiyə cəlb etməsi üçün ictimaiyyətin dəstəyinə böyük ehtiyac var.

APA-nin məlumata görə, bunu vergilər nazirinin müavini Natiq Əmirov bu gün Vergilər Nazirliyinin fəaliyyətinin 10 aylıq nəticələri ilə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, konsert salonlarında bilet satışı əsasında keçirilən tədbirlər hesabına əldə edilmiş gəlirin vergiyə cəlb edilməsində problem yoxdur: “Bizdə heç bir insan müğənniyə verdiyi pulun, toylara xərclədiyi vəsaiti açıqlamır. Ümid edirik ki, insanlar tədricən toyda oxumaq üçün müğənnilərə verdikləri pullardan dövlət büdcəsinə çatmalı olan məbləğ barədə də düşünəcəklər və lazımi məlumatları vergi orqanlarına çatdıracaqlar”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri