29 nəfər 13 yaşlı qızı zorladı

29 nəfər 13 yaşlı qızı zorladı Bu gün Türkiyənin gündəminə hamını şoka salan bir olay damğasını vurub. Kocaeli vilayətində 13 yaşlı yeniyetmə qızı zorlamaqda ittiham olunan 29 nəfər saxlanılıb. Gölcük rayon sakininin başına gələnlər təsadüf nəticəsində ortaya çıxıb.

Belə ki, adı açıqlanmayan 13 yaşlı qız yoldaşlarına kişilərin cinsi zorakılığına məruz qaldığını deyib. Zorlama barədə məlumat qızcığazın oxuduğu məktəbdə yayılmağa başlayıb. Bundan sonra zərərçəkmişin oğlan sinif yoldaşları onu şantaj edərək, onunla cinsi əlaqədə olublar. Məsələdən agah olan qızın müəllimləri vəziyyət barədə onun anasına, sonuncu isə polisə məlumat verib.

Saxlanılan 29 nəfərdən 9-u barəsində həbs qəti imkan tədbiri seçilib. Onların arasında Kocaeli şəhərinin tanınmış ailələrinin övladları, bir neçə zabit və yetkinlik yaşına çatmayanlar var. 2 şübhəli şəxs isə zamin qarşılığında evə buraxılıb.



İHA
Şərhlər
Hadisə bölməsinin xəbərləri