Azərbaycanın bank sektoru üçün yeni strategiya hazırlanır

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti ilə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov arasında görüş keçirilib.

ABA-dan APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan prezidentinin sahibkarlığa dəstək və onun inkişaf etdirilməsi ilə bağlı göstərişlərinə əsaslanaraq bankların 2016-cı il üzrə fəaliyyət planlarının tərtib edilməsi ilə əlaqədar yeni strategiyaların hazırlanması, mövcud bazar şəraitinə və şərtlərinə uyğun strateji hədəflərin müəyyən edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə xüsusi müzakirə edilən və diqqət mərkəzində olan məsələlərdən biri də yeni şəraitdə bankların əhaliyə göstərdiyi xidmətlərin keyfiyyətinin artırılması, əhalinin mənafeyinin qorunması, maliyyə vəsaitlərinə çıxışın asanlaşdırılması istiqamətində işlərin davam etdirilməsi, eləcə də kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə yeni layihə və proqramların hazırlanması olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri