Sığorta fəaliyyəti haqqında" və "Banklar haqqında" qanunlara edilmiş dəyişikliklər təsdiqlənib

Azərbaycan prezidenti İlham Əliyev "Sığorta fəaliyyəti haqqında" və "Banklar haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.

APA-nın məlumatına görə, dövlət başçısının imzaladığı sərəncama əsasən, “Sığorta fəaliyyəti haqqında” qanuna “Sığortaçının əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir” məzmunlu 118.4-cü maddə əlavə edilib.

Prezidentin digər sərəncamı ilə "Banklar haqqında" qanuna "Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir" məzmunlu 81.1-1-ci maddə əlavə olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri