Şəkidə naməlum avtomobillə vurulan 46 yaşlı kişi ölüb

Şəkidə şəhərində naməlum avtomobillə vurulan 46 yaşlı kişi ölüb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, noyabrın 11-i saat 23:30 radələrində Şəki şəhəri Oğuz şosesi adlanan ərazidə rayonun Aşağı Şabalıd kənd sakini, 1969-cu il təvəllüdlü Mübariz Qurbanəli oğlu İsmayılov maşınla vurulub. M. İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü isə qaçıb.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, M. İsmayılovun ölümünə səbəb olan maşın və sürücüsü axtarılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri