Hacıqabulda baş verən yol qəzasında bir ailənin 3 üzvü yaralanıb

Hacıqabulda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

APA-nın məlumatına görə, hadisə bu gün saat 13.45 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

İmişli şəhər sakini Qarayev Azər Ramin oğlu idarə etdiyi “Mercedes” markalı 30 BF 223 dövlət nömrə nişanlı avtomobil yoldan çıxararaq aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü - İmişli rayonunun Mirili kənd sakinləri, 1964-cü il təvəllüdlü Əhmədova Yeganə İsmi qızı qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya, onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Əhmədov Raqub Əhməd oğlu isə travmatologiya şöbəsinə yerləşdirilib. Ailənin daha bir ailə üzvünə isə ambulator yardım göstərilib. Sürücü xəsarət almayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri