Xoşqədəm efirə qayıdır

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı efirə qayıdır.

Live.Az anspress-ə istinadən bildirir ki, ANS televiziyası növbəti möhtəşəm layihə hazırlayır. Aparıcı yeni layihə ilə onu sevənlərin qarşısına gələcək.

Məşhur aparıcının yeni verilişi "Deməsək olmaz" adlanır. ANS TV-nin aparıcısı yeni verilişi haqqında məlumat verib:

"Tamaşaçıları maraqlandıran çox maraqlı mövzular olacaq. Gələn həftədən efirdəyik. Böyük ruh yüksəkliyi ilə hazırlaşırıq. Uşaqlar bütün gün işləyir. Düzdür bir az dincəldik (gülür), çünki kollektiv bütün yayı "Səni axtarıram" verilişinə görə demək olar ki, fasiləsiz işləyib, hətta istirahətə çıxanda belə çalışıblar. Hər şey yaxşı olacaq."

Veriliş həftə içi hər gün saat 16:20-də yayımlanacaq. Aparıcı efirdə maraqlı qonaqları olacağını da qeyd edib:

"Diqqət ANS-ə yönələcək, necə ki yönəlmişdi".

Milli Televiziya və Radio Şurası X.Hidayətqızının "Sən Tək deyilsən!" və "Xoşqədəmlə axtarıram səni" verilişlərinin bir ay müddətində bağlanması haqda qərar verib. MTRŞ onların yerinə ANS TV-də mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımına dair qərar qəbul edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri