Qaxda özünü asan 25 yaşlı qadın son anda xilas edilib

Qaxda bir uşaq anası intihara cəhd edib.

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, noyabrın 4-ü saat 11:30 radələrində rayonun Qazmalar kənd sakini 1990-cı il təvəllüdlü Dinara Oruc qızı Məmmədova ağır vəziyyətdə xəstəxanaya daxil olub. Araşdırma zamanı məlum olub ki, bir uşaq anası olan 25 yaşlı Dinara Məmmədova intihar etmək məqsədi ilə özünü valideynlərinin yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asıb. D.Məmmədova son anda qonşuları tərəfindən xilas edilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Dinara Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Qax rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda Dinara Məmmədovanın intihara cəhd etməsi faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri