Müğənni Şölə Səfərəliyevanın yeni klipi

Müğənni Şölə Səfərəliyeva yeni klipini təqdim edib.



Live.az xəbər verir ki, gənc müğənni Şölə Səfərəliyeva sözləri və musiqisi özünə məxsus olan “Ürəyimdə” adlı mahnısına ekran həyatı verib.



Klipindən danışan müğənni tərəf müqabili seçmək üçün aylarla davam edən kastinq mərhələsindən söz açıb:



“Klipdə tərəf müqabili seçmək mənim üçün əməlli başlı problemə çevrildi. Bilmirdim tərəf müqabili kimi seçim. Tərəf müqabili seçmək üçün sosial şəbəkələrdə aksiya keçirdim. Kastinə qatılan yüzlərlə kişi oldu. Çox maraqlı iştirakçılar da var idi. Elə xanımlar var idi, nişanlılarının və ya həyat yoldaşlarının çəkilməsini istəyirdilər. Amma ən çox diqqətimi çəkən İlqar Azero oldu. Hətta ona görə klipin çəkilişlərini belə yubatdıq. Həmin vaxt İlqar Azərbaycanda deyildi”.



İlqar Azero "Azəryol" voleybol klubunun meneceridir.



Klipin rejissorları Ələkbər Əliyev və Şəhriyar Əkbərovdur.



Qeyd edək ki, Şölə Səfərəliyeva uşaqlıqda “Bəribax” uşaq kvartetinin, hazırda isə “Qaya” ansamlının solistidir. Bundan başqa o, bir neçə ildir ki, solo fəaliyyət də göstərir.




Müğənni Şölə Səfərəliyevanın yeni klipi
Müğənni Şölə Səfərəliyevanın yeni klipi
Müğənni Şölə Səfərəliyevanın yeni klipi
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri