Vergilər Nazirliyində növbəti struktur və kadr dəyişiklikləri aparılıb

Vergilər Nazirliyində növbəti struktur və kadr dəyişiklikləri həyata keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən APA-ya verilən məlumata görə, qurumun İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəis müavini Elçin Bəylərov Ərazi vergi orqanları ilə iş üzrə idarənin rəisi vəzifəsinə keçirilib.

Bundan başqa, Vergilər nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavini Rövşən Əhmədov nazirliyin Vergi auditi baş idarəsinin rəisi, Vergi auditi baş idarəsinin rəisi Müsavər Nəbiyev isə nazirin müşaviri vəzifəsinə keçirilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri