Beynəlxalq Sığorta Şirkətində ciddi kadr dəyişikliyi aparılıb

Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan "Beynəlxalq Sığorta Şirkəti"nin rəhbərliyində ciddi kadr dəyişikliyi baş verib.

APA-nin məlumatına görə, şirkətin Direktorlar Şurasının üzvü İlqar Hüseynov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onu Fərid Həşimov əvəz edib. Qeyd edək ki, F. Həşimov həm də Azərbaycan Beynəlxalq Bankının struktur bölmələrlə iş departamentinin direktoru vəzifəsini tutur.

Bundan başqa, şirkətin Təftiş Komissiyasının tərkibi tamamilə yenilənib. Belə ki, komissiyasının sədri İradə Deystani vəzifəsi ilə vidalaşmalı olub. Bu vəzifə Elşən Quliyevə həvalə olunub. Təftiş Komissiyasının üzvləri Emin və Rüfət Rəcəbovlar işdən çıxarılanlar arasındadır. Onlar müvafiq olaraq Qeysər Səfərəliyeva və Elxan Abbasov əvəzləyiblər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri