DİN: Beyləqanda müəllimə küt alətlə öldürülüb

Daxili İşlər Nazirliyi (DİN) Beyləqanda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 1-də Natiq Quliyevin evinə girmiş naməlum şəxs ona və arvadı Səbahətə küt alətlə xəsarət yetirib hadisə yerini tərk edib. Səbahət hadisə yerində ölüb, N.Quliyev isə xəstəxanaya yerləşdirilib.

Beyləqan rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, S. Quliyeva fizika müəlliməsidir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri